“Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik” –

Qurban Qurbanov
20 Noyabr 2020 - 13:09

“Bu gün bizim üçün çox böyük bir gündür”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis Ağdamın 27 ildən sonra işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşüb: “İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunub. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”.