Böyük və Kiçik Qafqazın bəzi çaylarından sel keçəcək

İyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyinin sürəti saniyədə 15-18 metr olacaq, bəzi yerlərdə arabir 20-23 metrədək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Əvvəlki məqalə

Günəş yanığında bunları etmək olmaz!

Sonrakı məqalə

“Heç kim yanılmasın, Rusiya bu müharibəni uduzur”