Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“BP-nin layihələri Xəzər regionunun enerji simasını dəyişib” –

User 04 Oktyabr 2025 - 15:19 (Last updated: 04 Oktyabr 2025 - 15:19)
BEXTİYAR BP vitse

Böyük Britaniyanın BP şirkəti Azərbaycandakı layihələr üzrə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

AzPost “Report” -a istinadən xəbər verir ki, bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ADA Universitetində keçirilən Azərbaycan və Böyük Britaniya arasında birinci siyasi dialoqda bildirib.

“Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən birdir. 1992-ci il martın 11-də Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlər qurulub. O vaxtdan bəri iki ölkə arasında tərəfdaşlıq yalnız inkişaf edib və möhkəmlənib”, – o qeyd edib.

B. Aslanbəylinin sözlərinə görə, Böyük Britaniya investisiya, iqtisadi inkişaf və bilik mübadiləsi sahəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir: “Bugünkü dialoq iki ölkənin əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı anlaşmanın gücləndirilməsinə sadiqliyini nümayiş etdirir”.

O vurğulayıb ki, BP Azərbaycan hökumətinin dəstəyi ilə dünya səviyyəsində irimiqyaslı enerji layihələri həyata keçirib. Bu layihələr Xəzər regionunun enerji simasını dəyişdirməklə yanaşı, həm də qonşu ölkələrin və bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verib.

“Biz uğurlu əməkdaşlığın davam etməsini səbirsizliklə gözləyirik. Biz fəxr edirik ki, BP Azərbaycanda ölkənin enerji keçidi səylərinin dəstəklənməsinə yönəlmiş bir sıra mühüm sazişlər imzalayıb. Əsas nailiyyətlərdən biri “Şəfəq” GES-in tikintisi layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi olub. Layihənin azad olunmuş ərazilərdə – kommersiya və mühəndislik nöqteyi-nəzərindən unikal məkan olan Cəbrayıl rayonunda həyata keçirilməsi isə xüsusilə qürurvericidir. Stansiyanın gücü 240 MVt olacaq”, – o qeyd edib.

AzPost.az

Post navigation

Previous: Sabah Misirdə İsrail və HAMAS arasında danışıqlar başlayacaq
Next: İpoteka kreditlərinə tələb get-gedə azalır

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 29 Oktyabr 2026 - 09:20

xƏBƏR

ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının...
Read more about YAP Təftiş Komissiyasının sədri seçilib
Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə bomba teyare
  • Dünya

Tramp İrana yeni zərbə hazırlayır? – “Bütün bombaların anası” gündəmdə

User 30 Oktyabr 2026 - 15:22
Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.