Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

BP şirkəti Bakı-Ceyhan kəmərinin operatorluğundan çıxır –

User 05 Dekabr 2025 - 16:30 (Last updated: 05 Dekabr 2025 - 16:30)
britis petrolium

BP şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatoru rolunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə şirkətin Gürcüstandakı nümayəndəliyindən “Business Media” nəşrinə məlumat verilib.

Bildirilib ki, qüvvədə olan müqavilələrə uyğun olaraq, BP boru kəmərləri sisteminin operatorluğunun ötürülməsi üzrə danışıqları müvafiq tərəflərlə aparır. Danışıqların əsas istiqaməti Gürcüstanda yerləşən Bakı-Supsa neft kəmərinə aid obyektlərin Gürcüstanın Neft və Qaz Korporasiyası və yaxud onun təyin etdiyi operatora qaytarılması və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin idarəçisi, baş operatoru və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) funksiyalarının “SOCAR Midstream” şirkətinə ötürülməsindən ibarətdir.

Gürcüstandan keçən iki boru kəmərinin istismarından çıxmasından baxmayaraq, BP BTC və CQNK-nin səhmdarı olaraq qalır. Şirkət BTC səhmlərinin 30,1%-nə, CQBK səhmlərinin isə 29,99%-nə sahibdir.

Operator funksiyalarının ötürülməsi prosesinin başa çatdırılması müvafiq sazişin əldə olunacağı təqdirdə, 2026-cı ilin birinci yarısının sonuna planlaşdırılıb.

Qeyd olunub ki, operator rolunun ötürülməsi Səngəçal terminalına şamil edilmir. Müvafiq tərəflərə operator funksiyasının təhvil verilməsindən sonra BP “Azəri-Çıraq-Günəşli”, “Şah Dəniz” layihələri və Səngaçal terminalının operatoru rolunu özündə saxlayacaq, BTC və CQBK layihələrində səhmdar qismində iştirakını davam etdirəcək.

Gürcüstanda operator rolunun ötürülməsindən sonra BP müəyyən vaxt tələb edəcək qiymətləndirmə aparacaq./APA/

AzPost.az

Post navigation

Previous: AXCP sədri Əli Kərimli barəsində qərar qüvvədə saxlanılıb
Next: Ölkədə 21 peşə məktəbi tikiləcək –

Oxşar xəbərlər

tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01
market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 26 Oktyabr 2026 - 13:06
Oktyabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava...
Read more about Sabaha olan hava proqnozu
Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01
Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib xanim
  • Mədəniyyət

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik edib

User 26 Oktyabr 2026 - 12:57
Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır beyin
  • Maraqlı

Beynin gizli mexanizmi araşdırıldı – Görünməyən təsvir də beyində qalır

User 26 Oktyabr 2026 - 12:34
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir? mekke sazisi
  • Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı İrana niyə gedir?

User 26 Oktyabr 2026 - 12:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.