Braziliya prezidenti Luiz İnasio Lula da Silva Çinə səfəri zamanı Ukraynadakı münaqişənin həlli üçün “sülh klubu”nun yaradılmasını təklif edəcək.
Azpost.info xəbər verir ki, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib.
“Prezident dəfələrlə deyib ki, o, münaqişə haqqında çox, sülh haqqında az söz eşidir. O, sülh danışıqlarında maraqlıdır”, – XİN rəhbəri bildirib.
“Sülh klubu”nda Çinin də iştirakı planlaşdırılır.
Azpost.info
