Brilliant Dadaşova koronovirusa yoluxub –Həkim müalicəsindən imtina edib

Xalq artisti Brilliant Dadaşova koronovirus infeksiyasına yoluxub.

Bu haqda müğənni özü açıqlama verib. O bildirib ki, həkimlərin yazdığı müalicəni etməyib:

“Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar”. (modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vaksin sənədi olmayanlara güzəşt etməyəcəyik” –

Sonrakı məqalə

“Valideynlərdən COVID-19 pasportu tələb etmirik” –