Britaniya hakimiyyəti milyarder Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaitin Ukraynada müharibə qurbanlarına yardımdan kənar istifadəsini qadağan edib.
Azpost.info xəbər verir ki, bunu “The Times”a UNICEF-in Böyük Britaniyadakı keçmiş baş direktoru Mayk Penrouz bildirib.
Onun sözlərinə görə, “Çelsi”nin satışından əldə olunan pullar müharibədən zərər çəkənlər üçün nəzərdə tutulub.
Lakin Britaniya hökuməti fonda bildirib ki, Aİ ilə razılaşmaya görə, pul yalnız Ukraynanın coğrafi sərhədləri daxilində köçürülərsə, istifadə oluna bilər.
Abramoviç 2003-cü ildən sahibi olduğu “Çelsi”ni Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından az sonra satıb. Bu qərara Böyük Britaniya və Aİ-nin sanksiyaları səbəb olub. Əməliyyat 2022-ci ilin may ayında baş tutdu, bundan sonra Penrouzun rəhbərlik etdiyi fond yaradıldı.
“Aİ və Böyük Britaniya bu vəsaitləri necə xərcləmək barədə razılığa gələ bilmirlər”, – “The Telegraph” yazıb. Aİ israr edir ki, vəsait Ukraynanın uzunmüddətli rekonstruksiyasına getsin, London isə bu vəsaiti müharibə qurbanlarına kömək üçün xərcləmək istəyir.
Azpost.info
