Britaniya II Elizabetin taxt-taxc yubileyini belə qeyd edir –MARAQLI FOTOLAR

Britaniyada kraliça II Elizabetin taxt-taca oturmasının 70 illiyi münasibətilə keçirilən mərasimlərdən maraqlı görüntülər yayılıb.

Azpost.info xəbər verir ki, 96 yaşlı kraliçanın hakimiyyətinin 70-ci ildönümü ilə bağlı tədbirlər yanvar ayında başlayıb və iyunun 2-dən 5-dək davam edəcək dördgünlük dövlət tətili ilə yekunlaşacaq.

İyunun 5-də ölkə daxilində yubileyə həsr olunan küçə gəzintiləri, Bukingem sarayında isə festival təşkil ediləcək. II Elizabet Britaniya tarixində hakimiyyətinin platin yubileyinə çatan ilk monarxdır.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Ukrayna-Rusiya danışıqlarına fasilə verilib –

Sonrakı məqalə

İmtahanın nəticələri yaxın iki həftədə elan ediləcək –