Britaniya İran şahından aldığı 400 milyon funt-sterlinqi qaytarmaq istəyir

Böyük Britaniya İrana olan 400 milyon funt sterlinq məbləğindəki borcunu ödəməlidir.

Bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Vallas “London Times” qəzetinə açıqlamasında deyib. O bildirib ki, İrana olan borcun ödənilməsi üçün bir yol tapılmalıdır. Sanksiyalar səbəbindən İran beynəlxalq ödəmə sistemindən ayrılıb ki, bu da maliyyə köçürmələrini imkansız edib. Borcun mövcudluğu Britaniya hökuməti tərəfindən inkar edilmir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, fors-major vəziyyət yaranıb. Britaniya borcu qaytarmaq istəyir, lakin İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar buna mane olur.

İran mətbuatı isə yazır ki, sanksiyalar bəhanədir. Britaniya hökuməti borcu qaytarmaq üçün əvvəllər geniş imkanlara malik olub. Lakin bu imkanlardan istifadə edib borcu qaytarmayıb.

Britaniyanın İran borcu isə 1974-cü və 1976-cı illərdə tərəflər arasında silah satışı barədə imzalanan müqaviləyə əsasən yaranıb. Müqavilələrə əsasən Britaniya İrana 1500 “Chieftain” tankı və 250 zirehli texnika satmalı idi. İran Britaniyaya alınacaq hərbi texnikanın pulunu ödəsə də, onları ala bilməyib.

İran Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Britaniyanın borcu ödəməli olduğu barədə qərar verib. Lakin məhkəmənin qərarı icra edilməmiş qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Astronomlar ilk dəfə olaraq qara dəliyin ətrafındakı maqnit sahəsini ölçüblər