Britaniya İranın “Bəsic” qüvvələrinə sansksiya tətbiq etdi- "Qara siyahı"da daha kimlər var?

Britaniya İranın “Bəsic” qüvvələri və onun kooperativ fonduna qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Britaniya hökuməti “Bəsic” qüvvələrini etirazları vəhşicəsinə yatırmaqla İranda insan haqlarını, o cümlədən yaşamaq, toplaşmaq və ifadə azadlığını ciddi şəkildə pozmaqda ittiham edib.

“Bəsic Fondu” da İranda insan haqlarının pozulmasına səbəb olan xidmətlərin maliyyələşdirilməsinə görə sanksiyalara məruz qalıb.

Sanksiya siyahısına SEPAH komandanlığının üzvləri, İran Baş prokurorunun müavini Məhəmməd Cəfər Montazeri və İran ordusunun bir generalı da daxil edilib.

Azpost.info

 

Əvvəlki məqalə

Türkmənistan prezidenti atasını toxunulmaz elan etdi

Sonrakı məqalə

Avtomobildə şüşəyə “plyonka” bu qaydada çəkilə bilər –