Türkmənistan prezidenti atasını toxunulmaz elan etdi

Türkmənistan prezidenti Sərdar Berdımuhammedov atasının, sabiq prezident Qurbanqulu Berdımuhammedovun toxunulmazılığı haqqında qanun imzalayıb.

Azpost.info bildirir ki, “türkmən xalqının milli Lideri” haqqında qanuna əsasən Qurbanqulu və onun ailə üzvləri toxunulmazlıq hüququ qazanır. Onun mal-mülkü də toxunulmaz sayılır. Sabiq prezidentə dövlət himayəsini almaq hüququ verilib. Dövlət onu bütün zəruri şeylərlə – mənzil, maşın, rabitə, tibbi xidmət və s. təmin etməlidir.

Türkmən xalqının lideri həmçinin xalq hakimiyyətinin ən yüksək orqanı olan Xalq məsləhətinə başçılıq edəcək.

 

Əvvəlki məqalə

Generalın məhkəmədə polkovniklə əlbəyaxa olması təsdiqləndi-

Sonrakı məqalə

Britaniya İranın “Bəsic” qüvvələrinə sansksiya tətbiq etdi