Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik etdi

15 May 2020 - 14:50

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Bu çətin zamanda milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.