Britaniya kraliçası II Elizabetin daha şəxsi təyyarəsi olmayacaq

06 Mart 2021 - 23:40

Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.

Bu barədə “Mail Online” nəşri məlumat yayıb.

“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, – deyə yazıb.

Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.

Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.(APA)