Rusiya Moldovada bu ilin oktyabrına planlaşdırılan prezident seçkiləri və Avropa İttifaqına üzvlük referendumundan əvvəl bir sıra “hibrid” hücumlar həyata keçirməyi planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə kəşfiyyat mənbələri “Bloomberg”ə bildiriblər.
Onların sözlərinə görə, Britaniya yaxın aylarda təhlükənin qarşısını almaqda kömək etmək və hazırlanan əməliyyatlar barədə xəbərdar etmək üçün Moldova ilə məlumatlar paylaşacaq.
Çərşənbə axşamı Moldovanın xarici işlər naziri Mihai Popsoi Londonda Böyük Britaniyanın Sənaye və İqtisadi Təhlükəsizlik naziri Nüsrət Qani ilə görüşərək Rusiyanın mümkün müdaxiləsini müzakirə edəcək.
Azpost.info