Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Britaniya lordları Fələstinin dövlət kimi tanınmasına qarşı çıxdı

Orkhan Ali 31 İyul 2025 - 08:30 (Last updated: 31 İyul 2025 - 07:45)
8acbc131036f6e357a77a36f13964021

Böyük Britaniyanın Lordlar Palatasının üzvləri Fələstin dövlətinin rəsmi şəkildə tanınmasına etiraz ediblər. AzPost bildirir ki, onlar bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər və Baş prokuror Riçard Hermerə rəsmi məktub ünvanlayıblar.

The Times qəzetinin məlumatına görə, lordlar məktubda bildiriblər: “Biz sizi Keir Starmerə məsləhət görməyə çağırırıq ki, Fələstinin tanınması beynəlxalq hüquqa zidd olardı.”

Məktubun altında 40 britaniyalı lordun imzası yer alıb. Onların etirazı, Böyük Britaniyanın baş naziri Keir Starmerin BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı açıqlamasından sonra gəlib. Bu tanınmanın baş tutması, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları dayandırıb-dayandırmamasından asılı olacaq.

Lordlar öz mövqelərini 1933-cü il Montevideo Konvensiyasına əsaslandırıblar. Həmin sənədə görə, bir qurumun dövlət kimi tanınması üçün dörd əsas meyar mövcuddur: daimi əhali, müəyyən olunmuş sərhədlər, effektiv hökumət və beynəlxalq münasibətlər qurmaq imkanı. Məktub müəllifləri iddia edirlər ki, Fələstin yalnız ilk meyara – əhaliyə sahibdir, digər üç şərt isə təmin olunmayıb.

Qeyd edək ki, Fələstin dövlətinin tanınması məsələsi son aylarda bir sıra Avropa ölkələrinin siyasi gündəmindədir. İsveç, İrlandiya və İspaniya artıq bu tanımanı həyata keçirib. Böyük Britaniyada isə bu məsələ ətrafında ciddi hüquqi və siyasi mübahisələr davam edir.

AzPost.az

Post navigation

Previous: ABŞ-da hərbi F-35 təyyarəsi qəzaya uğradı
Next: Gəncədə məcburi köçkünlərin Kəlbəcərə qayıdışı ilə bağlı tədbir keçirilib

Oxşar xəbərlər

putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
putin
  • Dünya

“Krım körpüsünə hücumlardan sonra heç bir razılaşma olmayacaq” – Putin

User 19 Noyabr 2026 - 17:05
abs iran savas
  • Dünya

ABŞ İrana hücum etməkdən niyə çəkinir? – “Axios”

User 19 Noyabr 2026 - 16:54

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və...
Read more about Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.