Britaniya Rusiya Dumasının deputatlarına qarşı sanksiyalar hazırlayıb

Britaniya Xarici İşlər Nazirliyi “LXR” və “DXR”-in tanınmasına səs verən Dövlət Dumasının deputatlarına və Rusiya Federasiya Şurasının senatorlarına qarşı sanksiyalar hazırlayıb.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Britaniya XİN Rusiyanın məlum qərarını Ukraynanın suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirir.
Bununla yanaşı, Britaniya şirkətləri və fiziki şəxslərin “LXR” və “DXR”-ə investisiya qoymasına mane olacaq məhdudiyyətlərin də tətbiqi planlaşdırılır. Məhdudiyyətlər bu ərazilər Ukraynanın nəzarətinə qayıdana qədər qüvvədə qalacaq.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutub –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi