Britaniya Rusiya səfirliyinin hərbi attaşesinin ölkədən qovdu

Avropa ölkələri Moskvanın bir sıra aqressiv bəyanatlarından, Avropa paytaxtlarına zərbələr endirməklə hədələməsindən və nüvə hədələrindən sonra rus diplomatlarını ölkədən çıxarmağa başlayırlar.

Azpost.info xəbər verir ki, bu gün Böyük Britaniya Rusiya səfirliyinin hərbi attaşesinin ölkədən qovulduğunu elan edib.

Daxili işlər naziri Ceyms Kleverli parlamentdə deyib ki, o, Rusiya kəşfiyyatının gizli zabiti olub.

Onun sözlərinə görə, Britaniya hakimiyyəti Rusiyanın istifadə etdiyi bir sıra daşınmaz əmlakı da diplomatik statusdan məhrum etmək niyyətindədir.

“Biz həmçinin Rusiya üçün diplomatik vizalara yeni məhdudiyyətlər, o cümlədən diplomatların Böyük Britaniyada qala biləcəkləri vaxta məhdudiyyətlər tətbiq edirik”, – Kleverli bildirib.

Azpost.info

Əvvəlki məqalə

Ombudsmanın əməkdaşları Ələsgər Məmmədli, Ülvi Həsənli və digərlərinə baş çəkib

Sonrakı məqalə

Prezident İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib