Britaniya hökuməti rusiyalı sahibkarlar Vladimir Potanin, Said Qutseriyev və Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilevə sanksiya tətbiq edib.
Azpost.info xəbər verir ki, sanksiyalar eyni zamanda “Moskva Sənaye Bankı”na, “Kolmar” kömür qrupuna və bank proqram təminatı hazırlayan “R-Style Softlab” şirkətinə də şamil edilib.
Siyahıda SPB birjasının direktorlar şurasının sədri və səhmdarı İvan Tırışkinin, həmçinin “Vaqner”lə əlaqəli hərbçilər Andrey Troşev və Andrey Boqatovun da adı var.
Azpost.info