Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir- FOTO

İyunun 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, qonaqları salamlayan müdafiə naziri xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin və strateji tərəfdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev İbrahim Rəisi ilə görüşüb

Sonrakı məqalə

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi