Britaniya səfiri helikopter qəzasına görə başsağlığı verib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Dövlət Sərhəd Xidmətinin hərbi helikopterini qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Səfir bu barədə “Twitter”də paylaşım edib.

“Bu gün helikopter qəzasında həyatlarını itirənlərə rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, iksi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Helikopter qəzasında yaralanmış hərbçilər dindirilib

Sonrakı məqalə

“Bu barədə qərar olmayınca delimitasiya mümkün deyil”-