Böyük Britaniya 2023-cü ilin payızında süni intellekt texnologiyasının təhlükəsizliyi və tənzimlənməsi üzrə ilk qlobal sammitə ev sahibliyi edəcək.
Azpost.info xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Baş nazir Rişi Sunak bildirib.
Sammitin əsas mövzusu süni intellektin təhlükəsiz və məsuliyyətli şəkildə hazırlanması və tətbiqi olacaq.
“Süni intellekt həyatımızı yaxşılığa doğru dəyişmək üçün inanılmaz potensiala malikdir. Lakin onun təhlükəsiz şəkildə inkişaf və istifadə edildiyinə əmin olmalıyıq. Heç bir ölkə bunu təkbaşına edə bilməz. Bunun üçün qlobal səy tələb olunacaq”, – Sunak deyib.
Baş nazir qeyd xatırladıb ki, Böyük Britaniya süni intellekt texnologiyalarının inkişafı baxımından ABŞ və Çindən sonra üçüncü yerdədir. “Bizim süni intellekt sektorumuz artıq Böyük Britaniya iqtisadiyyatına 3,7 milyard funt sterlinq töhfə verir və ölkə daxilində 50 min insanı işlə təmin edir”, – Sunak bildirib.
Azpost.info
