Britaniya “Taurus” raketləri ilə bağlı Ukraynaya kömək etməyə hazırdır

Britaniya Almaniyaya Kiyevə “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı problemin həllində kömək etməyə hazırdır.

Azpost.info xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib.

“Biz Ukraynaya kömək etmək üçün bu və bütün digər məsələlərdə alman tərəfdaşlarımızla yaxından işləmək əzmindəyik. Ukrayna ilə bağlı maksimum effekt əldə etmək üçün bütün variantları araşdırmağa hazırıq”, – Kemeron bildirib.

O, rəqiblərini məlumatlandırmamaq üçün təfərrüatları açıqlamaqdan imtina edib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Ermənistandan bu kəndlərin azad olunmasını tələb edir –

Sonrakı məqalə

Qəzzanın bərpası üçün nə qədər vəsait lazımdır?