“Rus generalları mənə Şuşanı ermənilərdən təmizləyəcəklərinə söz vermişdilər” –Ayaz Mütəllibov

“1992-ci ildə yüksək rütbəli  Rusiya hərbçilərinin mənimlə bir neçə görüşləri olmuşdu. Onlar Xocalının və Şuşanın erməni birləşmələrindən təmizlənməsiylə bağlı konkret söz vermişdilər”.
Azpost.info bildirir ki, bu sözləri sabiq prezident Ayaz Mütəllibov Şuşanın 1992-ci ildə işğalı ilə bağlı moderator.az-a müsahibəsində deyib.
A.Mütəllibovun sözlərinə görə, rus generallarının müəyyən maraqları müqabilində bu vədlərinin səmimiyyətinə də inanıb. “Sadəcə,  hakimiyyətə can atan məlum qüvvələr torpaqlarımızın azad olunmasına imkan vermədi.”
Onun sözlərinə görə, Qarabağ müharibəsinin getdiyi dövrdə belə təşəbbüslər olurdu:
“Bəli, Xocalının da, Şuşanın da azad olunması ilə də bağlı  Rusiyanın Azərbaycandakı ordusunun komandanlığıyla əlaqəli müəyyən işlər görülürdü. Konkret tarix və məkanlar xatirimdə deyil”- deyə A.Mütəllibov bildirib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir