Britaniya Xarici İşlər naziri:"Türk əsgərlərinin öldürülməsini qınayıram"

“Dünən İdlibdə ən azı 33 türk əsgərinin öldürülməsini qınayıram. Türkiyə hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”. 

Bu sözləri Britaniyanın Xarici İşlər naziri Dominik Raab verdiyi bəyanatda deyib.

“NATO müttəfiqimiz olan Türkiyənin İdlibdə dərhal və davamlı atəşkəs aparmaq səylərini dəstəkləyir. Dünənki hadisələr Suriya rejimi və Rusiyanın İdlibdə apardığı hücumun ehtiyatsız və qəddar olduğunu təsdiqlədi. Beynəlxalq hüquq normalarına və ya insan ləyaqətinə laqeyd münasibət üçün heç bir əsas yoxdur”,- deyə bəyanatda qeyd edilib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran parlamentində 4 nəfər koronavirusa yoluxub-

Sonrakı məqalə

İrandan Azərbaycan bazarına hansı məhsullar gətirilir? –