Şahzadə Filip dəfn edilib –

FOTOLAR/VİDEO
17 Aprel 2021 - 18:31

Böyük Britaniya Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip bu gün Vindsor Sarayında müqəddəs Georgi kilsəsində dəfn edilib.

Dəfn mərasimində 30 nəfər iştirak edib.

Qeyd edək ki, Edinburq Hersoqu Şahzadə Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

**

Vindzor qəsrində Britaniya kraliçası II Elizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filiplə dəfn mərasimi başlayıb.

Bu barədə “Daily Mail” bildirib.

Edinburq hersoqu Filip aprelin 9-da Vindzor qəsrində vəfat edib.

Koronavirus pandemiyası ilə əlaqədar dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçirilir. Mərasim Britaniya televiziyası ilə translyasiya edilir.

Böyük Britaniyanın baş naziri Boris Conson dəfndə iştirak etmir.