Britaniyanın Baş naziri bu şəxsə görə istefa verə bilər

Starmer
Starmer

Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa verərək vəzifəsini Mançester meri Endi Börnhama təhvil verə biləcəyi iddia olunur.

Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əgər Börnham Makerfild üzrə keçiriləcək əlavə seçkilərdə qalib gələrsə, Starmer istefa məsələsini nəzərdən keçirə bilər.

Qəzetin iddiasına görə, Leyborist Partiyasının aparıcı simalarından Angela Rayner və Ed Miliband, Börnham parlamentə üzv seçilərək partiya liderliyinə namizəd olacağı təqdirdə, onu dəstəkləməyə hazırdırlar.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.