Britaniyanın Baş naziri və maliyyə naziri karantinə alınır

18 İyul 2021 - 14:32

Boris Conson və maliyyə naziri Rishi Sunak özünü təcrid edəcəklər.

Buna səbəb Britaniya Baş naziri və maliyyə naziri Rishi Sunakın koronavirus testinin cavabı müsbət çıxan səhiyyə naziri Sacid Cavidlə dünən təmasda olmasıdır.

Baş nazirin ofisindən qeyd ediblər ki, o, görüşlərini onlayn formada həyata keçirəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Baş nazirin təcrid olunmayacağı, bunun yerinə hər gün COVİD testi olunacağı bildirilmişdi. Ancaq bunun mediada tənqid olunacağı ehtimalından sonra baş nazir geri addım atmağa məcbur qalıb.(APA)