Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib –

Kütlə polis şöbəsinə hucum edib
22 Mart 2021 - 16:25

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib.

Mitinq iştirakçıları təhlükəsizlik qüvvələrinin etiraz aksiyaları ilə əlaqədar səlahiyyətlərinin dəyişdirilməsini nəzərdə tutan yeni qanun layihəsinə öz etirazlarını bildiriblər.

Mitinq iştirakçıları şəhərin mərkəzindəki polis bölməsinə girməyə çalışaraq kütlənin üzərinə fişəng atıblar. Küçələrdə təhqiramiz sözlərdən ibarət müxtəlif rəsmlər çəkiblər.

Polis və etirazçılar arasında qarşıdurma yaranıb, nəticədə 20 polis yaralanıb. Onlardan ikisini vəziyyəti ağırdır. 1 polis maşını yandırılıb. Etirazçılardan 7 nəfər həbs edilib.

Daxili İşlər naziri Prit Patel hadisələrin qəbuledilməz olduğunu bildirib.