“Ramiz Mehdiyev özünü yaxşı hiss edir” –AMEA akademikin səhhəti ilə bağlı yayılan məlumata aydınlıq gətirdi

“19-20 mart tarixlərində bəzi ölkə saytlarında Azərbaycan Milli Elimlər Akademiyasının (AMEA)  prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yarandığına, vəziyyətinin pisləşdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayılıb”.

Azpost.info bildirir ki, bu barədə AMEA-nın yaydığı rəsmi açıqlamada deyilir.

“Yayılan bu informasiyanın heç bir əsası yoxdur, akademik Ramiz Mehdiyev özünü kifayət qədər yaxşı hiss edir. Mətbuat sahəsində çalışan həmkarlarımızı jurnalist etikasının qaydalarına riayət etməyə çağırır, cəmiyyəti yalan məlumatlarla çaşdırmamağı xahiş edirik. Həmçinin, xatırlatmaq istəyirik ki, saxta məlumatları tirajlayanlar peşəkar olmadıqlarını nümayiş etdirir, insanlarda özləri haqqında qeyri-ciddi təəssürat yaradırlar”, – AMEA-nın mətbuat və informasiya şöbəsi qeyd edir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda aprel-may ayında koronavirus minimum həddə düşəcək” –

Sonrakı məqalə

Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib –