Britaniyanın sabiq Baş naziri Conson TV-də aparıcılıq edəcək

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson “GB News”da aparıcılıq edəcək.

APA-nın GB News saytına istinadən verdiyi məlumata görə, siyasətçi televiziyada işləmək təklifini məmnuniyyətlə qəbul edib.

Conson ilk olaraq öz siyasi proqramının aparıcısı və köşə yazarı olacaq. O, 2024-cü ildə keçiriləcək parlament seçkilərini işıqlandıracaq.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.