Qazaxıstanda şaxtada partlayış olub, 16 nəfər ölüb

Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib.

Azpost.info bildirir ki, qəza nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə “ArcelorMittal Temirtau” şirkəti məlumat verib. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Hadisə nəticəsində xəsarət alan daha 18 nəfər xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə qəzaya metan qazının partlaması səbəb olub.

Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-i çölə çıxarılıb. Hadisə yerində xilasedicilər işləyir.

Əvvəlki məqalə

Sumqayıtda evə silahlı hücum olub

Sonrakı məqalə

Britaniyanın sabiq Baş naziri Conson TV-də aparıcılıq edəcək