“Britiş Petrolium”un prezidenti Azərbaycan Ordusuna dəstək verdi –Baş Nazirə məktub göndərdi

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın Baş Naziri Əli Əsədova məktub ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, məktubda Azərbaycanın öz ərazi bütövlüyünün bərpa edilməsi uğrunda apardığı mübarizədə Azərbaycan xalqına dəstək ifadə edilib.

Qəri Counz Gəncə şəhərinin və eləcə də Azərbaycanın digər şəhər və kəndlərinin son günlərdə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərin olması xəbərindən dərindən kədərləndiyini vurğulayıb, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyan bu dövrdə cari neft və qazın hasilatı və nəqli prosesinin fasiləsiz həyata keçirilməsini təmin etmək üçün bp heyəti tərəfindən bütün mümkün səylərin göstərildiyi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur –

Sonrakı məqalə

“Azərbaycan və Türkiyə diplomatlarının öldürülməsi çağırışlarını pisləyirik” –