“Brüssel görüşü Azərbaycanın əleyhinədir, ölkəmizi təcrid etmək məqsədi güdür” –İLHAM ƏLİYEV

“Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşün Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bdeyib.

Dövlət başçısı qeyd edib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır.

“Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”, – Prezident İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik: “Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür”.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Sonrakı məqalə

“Sentyabrda keçirdiyimiz antiterror əməliyyatı bəzi qüvvələri narahat edib” –