“Brüssel öz “vasitəçilik xidməti” ilə Cənubi Qafqazda sabitliyi pozur” –LAVROV

“Brüssel öz “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırımaqla, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur”.

Azpost.info bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq və qarşılıqlı əlaqə beynəlxalq sülh və sabitliyin açarıdır” məqaləsində deyilir.

Lavrov Avropa İttifaqını “öz geosiyasi ambisiyalarını güdməkdə” ittiham edib.

“İndi İrəvan və Bakı liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyat qurmağın və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti buna hər cür töhfə verməyə hazırdır”, – deyə o qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı” saxlanılıb