“Bu ABŞ prezidenti tərəfindən deyilən ən pis sözlərdir” –

Kreml Baydenin Putinlə bağlı dediklərinə cavab verdi
18 Mart 2021 - 15:23

ABŞ prezidenti Baydenin Rusiya dövlət başçısının ünvanına dediyi sözlər onu göstərir ki, Amerika lideri Rusiya ilə əlaqələr qurmaq niyyətində deyil”.

Azpost.info bildirir ki, bu sözləri Putinin mətbuat katibi Peskov bildirib.

Onun sözlərinə görə, bu barədə çox danışmaq istəmir: “Yalnız onu deyə bilərəm ki, bu ABŞ prezidenti tərəfindən deyilən ən pis fikirlərdir. O birmənalı şəkildə bizim ölkə ilə münasibətlər qurmaq istəmir. Biz gələcək addımlarımızda məhz bundan çıxış edəcəyik”

Peskov həmçinin Rusiyanın ABŞ-dakı səfrinin geri çağırılmasını da şərh edib. Onun sözlərinə görə, səfir rus-amerikan münasibətlərinin təftişi ilə bağlı məsləhətləşmələr üçün dəvət olunub.

Mətbuat katibi ABŞ-la diplomatik əlaqələrin kəsilməsinə dair sualaa hazırda heç bir cavab verə bilməyəcəyini vurğulayıb.