“Bu absurd və qəddar müharibəyə son qoyun!”- Roma Papası

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümü ərəfəsində Roma Papası Fransisk növbəti dəfə atəşkəs və sülh danışıqlarına çağırıb.

Azpost.info xəbər verir ki, Papa deyib ki, xarabalıqlar üzərində heç bir qələbə ola bilməz.

“Bu absurd və qəddar müharibənin başlanmasından bir il keçdi. Kədərli ildönümüdür. Ölənlərin, yaralananların, qaçqın və köçkünlərin sayı, dağıntılar, iqtisadi və sosial zərər öz sözünü deyir… Mən hakimiyyətdə olanları münaqişəyə son qoymaq, atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün konkret səylər göstərməyə çağırıram. Dağıntılar üzərində əldə olunan qələbə heç vaxt əsl qələbə ola bilməz”, – Fransisk vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycanın çox mürəkkəb qonşuları var” –

Sonrakı məqalə

İran “Azadlıq” radiosunun prezidentinə sanksiya tətbiq etdi