İran “Azadlıq” radiosunun prezidentinə sanksiya tətbiq etdi

İran hökuməti “Azadlıq” radiosunun prezidenti Ceymi Flayı sanksiya siyahısına daxil edib.

Azpost.info xəbər verir ki, Flay Avropa İttifaqı və Böyük Britaniyanın Tehrana qarşı sanksiya siyahılarının genişləndirilməsindən sonra məhdudiyyətlərə məruz qalan 40-a yaxın şəxs və təşkilat arasında yer alıb.

İran xarici işlər naziri açıqlamasında bildirib ki, sanksiyaya məruz qalan şəxslərin ölkəyə girişinə qadağa qoyulacaq. Bundan başqa, ölkədəki bütün varidatları (əgər varsa) müsadirə olunacaq.

Dekabrda “Azadlıq” radiosunun İran redaksiyası və Fransanın “Charlie Hebdo” jurnalı İranın sanksiya siyahısına daxil edilib. Həmin vaxt Flay Tehranın bu qərarını avtoritar rejimlər üçün adi olan “həqiqətin absurd manipulyasiyası” adlandırmışdı.

İran Qərb ölkələrini hakimiyyətə qarşı ötən ilin sentyabrında başlayan və bu günə qədər davam edən kütləvi etirazları təhrik etməkdə ittiham edir.

Azpost.info

Əvvəlki məqalə

“Bu absurd və qəddar müharibəyə son qoyun!”

Sonrakı məqalə

“Putin bu müqavilədən çıxmaqla böyük səhv edib” –