“Bu dövlət sirridir, onu aça bilmərəm” –

Ermənistanın sabiq müdafiə naziri "İskəndər"lə bağlı sualdan yayındı
03 Aprel 2021 - 18:13

Ermənistan sabiq müdafiə naziri, 44 günlük müharibə zamanı Silahlı Qüvvələrə rəhbərlik etmiş David Tonoyan Şuşaya atılmış “İskəndər” raketi ilə bağlı açıqlama verməkdən imtina edib.

Azpost.info bildirir ki, Tonoyan ona “müharibə zamanı “İskəndər” tətbiq olunub?” sualına verən jurnalistə deyib ki, bu barədə hər hansı açıqlama verə bilməz: “Bu dövlət sirridir. Mən dövlət sirrini açmağa hazırlaşmıram”-deyə Tonoyan vurğulayıb.