“Bu dövlət sirridir, onu aça bilmərəm” –Ermənistanın sabiq müdafiə naziri "İskəndər"lə bağlı sualdan yayındı

Ermənistan sabiq müdafiə naziri, 44 günlük müharibə zamanı Silahlı Qüvvələrə rəhbərlik etmiş David Tonoyan Şuşaya atılmış “İskəndər” raketi ilə bağlı açıqlama verməkdən imtina edib.

Azpost.info bildirir ki, Tonoyan ona “müharibə zamanı “İskəndər” tətbiq olunub?” sualına verən jurnalistə deyib ki, bu barədə hər hansı açıqlama verə bilməz: “Bu dövlət sirridir. Mən dövlət sirrini açmağa hazırlaşmıram”-deyə Tonoyan vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya mediası Şuşaya atılmış “İsgəndər-M” raketindən yazıb –

Sonrakı məqalə

“Dərslərin bərpası barədə növbəti həftələrdə dəqiq proqnoz vermək olacaq” –