“Bu, düşmənçilikdir, oğurluqdur…”- Rusiya Baş naziri Qərbi ittiham etdi

Rusiyanın Baş naziri Mixail Mişustin Qərbi Rusiyaya qarşı düşmənçilik hərəkətlərində ittiham edib.

Azpost.info xəbər verir ki, Mişustinin fikrincə, belə hərəkətlərdən biri də ölkənin valyuta ehtiyatlarının dondurulmasıdır.

Baş nazir qeyri-dost ölkələrin Rusiyanın valyuta ehtiyatlarını dondurmaq qərarını oğurluq adlandırıb: “Yeni sanksiya paketləri tətbiq edərək, dost olmayan ölkələr sənayemizə, maliyyə sistemimizə mümkün qədər çox ziyan vurmağa, biznes ictimaiyyətini qorxutmağa çalışırdılar. Sadə dillə desək, Rusiyanın yüz milyardlarla dollar valyuta ehtiyatı oğurlanıb. Qaz nəqli infrastrukturu terror hücumlarına məruz qalıb”.

Mişustin qeyd edib ki, hətta bütün bazarların bağlı olduğu açıq iqtisadiyyat qaydaları belə, dost olmayan ölkələri dayandırmayıb: “Sanksiyaların tətbiqi son nəticədə onların özlərinə – artıq rekord inflyasiya, qazın, işığın, benzinin və çörəyin bahalaşması ilə üzləşmiş təşəbbüskarlara zərbə vurur”.

Qeyd edək ki, anti-Rusiya sanksiyaları nəticəsində Rusiyanın 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatları dondurulub.

Azpost.info

Əvvəlki məqalə

Abşeronda 16 yaşlı qızı nişanlısı qətlə yetirib

Sonrakı məqalə

Avropa İttifaqı Rusiyaya PUA-lar verdiyinə görə İrana sanksiya tətbiq etdi