Abşeronda 16 yaşlı qızı nişanlısı qətlə yetirib

Prokurorluq Abşeron rayonunda baş verən qətl barədə məlumat yayıb.

Abşeron rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 20-si Abşeron rayonu ərazisində 2006-cı il təvəllüdlü A.N. (ad şərtidir) öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək A.N. qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.

Əvvəlki məqalə

“Sovet vaxtı mənə Türkiyəyə getməyə icazə vermirdilər” –

Sonrakı məqalə

“Bu, düşmənçilikdir, oğurluqdur…”