Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Bu evlərə “kupça” VERİLMƏYƏCƏK

Orkhan Ali 21 May 2025 - 10:06 (Last updated: 21 May 2025 - 20:30)
kupca1

Xəbər verdiyimiz kimi, son zamanlar “A-frame” tipli evlərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu cür tikililərlə bağlı diqqətçəkən məsələlərdən biri də onlara çıxarışın (kupçanın) verilməsi ilə bağlıdır. Bəs görəsən, “A-frame” evlərə “kupça” verilir? Əmlak eksperti Elnur Fərzəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, hər hansı bir əmlaka çıxarışı yalnız onun yerdə bünövrəsi və müəyyən bir yerdən hündürlüyü olduğu halda almaq mümkündür:

“”A-frame” tipli evlər arasında həm daşınan, həm də daşınmaz olanları var. Daşınanlar adətən konteyner və ya yüngül konstruksiyalı evlərdir. Belə evlər əvvəlcədən hazırlanıb istənilən yerə yerləşdirilə bilir və daha sonra başqa əraziyə köçürülür. Bu cür evlər yerə sabit bərkidilmədiyindən onlara çıxarış verilmir. Lakin bəzi “A-frame” evlər var ki, onlar bünövrə üzərində inşa olunur. Əgər evin bünövrəsi beton, daş və ya armaturla hazırlanıbsa və ev həmin bünövrə üzərində qurulubsa, istər taxtadan, istər dəmirdən və ya digər materialdan tikilsin, bu artıq daşınmaz əmlak sayılır. Belə tikililər sabit olduqları üçün onlara çıxarış verilməsi mümkündür”.

E.Fərzəliyev qeyd edib ki, ənənəvi “A-frame” evlər taxtadan hazırlanır, amma hazırda Azərbaycanda, xüsusilə də bölgələrdə bu evlərin xarici görünüşü taxtadan olsa da, əksəriyyəti daş və betondan tikilir:

“Bu isə həmin ərazilərin iqlim və coğrafi xüsusiyyətlərinə uyğun olaraq edilir. Soyuq iqlimli və seysmik zonalarda yüngül konstruksiyalarla ev tikmək mümkün olmadığından, daha dayanıqlı materiallardan istifadə olunur. İqlimi sabit olan ərazilərdə isə yüngül tikililərə üstünlük verilə bilir. Daşınan “A-frame” evlərə çıxarış verilmir. Daşınmaz, yəni bünövrə üzərində olanlara isə çıxarış almaq mümkündür. Bunun üçün əvvəlcə tikilinin yerləşdiyi torpağın çıxarışı olmalıdır. Daha sonra həmin ərazidə tikiləcək evin layihəsi hazırlanmalıdır. Bu layihə lisenziyalı memarlıq şirkəti tərəfindən çəkilir və “bir pəncərə” sistemi vasitəsilə aidiyyəti qurumlara təqdim olunur. Layihə təsdiqləndikdən sonra tikintiyə rəsmi icazə verilir və həmin evə çıxarış almaq mümkün olur”.

AzPost.az

Post navigation

Previous: Arvadını evdə və avtomobildə döyən şəxsə elektron qolbaq taxıldı
Next: Yanacaqla bağlı tələb dəyişdi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

der leyen02
  • Dünya

Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək

User 21 Noyabr 2026 - 10:45
Ukrayna Avropa Komissiyasından təxminən 8 milyard avro maliyyə yardımı alıb. Bu, Avropa Komissiyasının indiyədək ölkəyə ayırdığı ən...
Read more about Ukraynaya 8 milyard avro ayrıldı – Avropa İttifaqından rekord dəstək
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib ilham vyetnam
  • Siyasət

Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul edib

User 21 Noyabr 2026 - 10:42
Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.