Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib

13 May 2020 - 22:13

Bu gün Azərbaycanda koronavirusla bağlı 6264 test keçirilib.

Bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə ölkədə koronavirusla bağlı test edilənlərin sayı 208546 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib.Ümumilikdə ölkədə virusa yoluxma sayı 2758, ölüm sayı 35, sağalan xəstə sayı isə 1789-dur. Hazırda 934 aktiv virus xəstələrdən 27-si reanimasiyadadır, 10-u isə süni tənəffüs cihazına qoşulub.