Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur

User 15 Sentyabr 2023 - 08:12 (Last updated: 21 May 2025 - 20:15)
mekteb elifba

Bu gün Azərbaycanın təhsil müəssisələrində “Bilik günü” qeyd olunur.

Elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.

 

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən isə dərs ili iki yarımilə bölünür: birinci yarımil – 15 sentyabr – 26 yanvar; ikinci yarımil – 1 fevral – 14 iyun.

Dərs ili ərzində 5 gün payız (16-20 noyabr) və 5 gün qış tətili (27-31 yanvar) olacaq. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) də olacaq.

2023-2024-cü tədris ilində təhsilalanlar 2,1 milyon nəfər, işçi heyət isə 300 min nəfər təşkil edəcək. Onlardan 220 mini məktəbəqədər təhsil, 1,6 milyonu ümumtəhsil, 33 mini peşə təhsili, 60 mini orta ixtisas təhsili, 220 mini isə ali təhsil müəssisələrində təhsil alan və çalışanlar olacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə ümumilikdə, 481 131 şagird təhsil alacaq.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin tikinti və təmir işləri ilə bağlı son vəziyyəti də açıqlayıb:

Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlanma işləri aparılır.

Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı son tamamlanma işləri görülür.

Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbində tikinti işləri aparılır.

Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri görülür.

Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir.

Zəngilan və Kəlbəcər şəhərlərindəki 960 yerlik tam orta məktəblərdə tikinti işlərinə hazırlıq gedir. Qubadlıda 600 yerlik tam orta məktəbdə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq.

Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında, Füzuli peşə liseyində tikintiyə hazırlıq gedir.

Ağdam şəhəri 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasında, Ağdam şəhəri 2 nömrəli 960 yerlik tam orta məktəbdə, Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.

Post navigation

Previous: Zelenski gələn həftə ABŞ Prezidenti ilə görüşəcək
Next: Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür

Oxşar xəbərlər

erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.