Bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası başlayır.
Azpost.info bildirir ki, iclas liderlərin iştirakı ilə dar tərkibdə, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq.
Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.
Görüşdə Japarov və Rusiya prezidenti Vladimir Putindən başqa Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Emoməli Rəhmon, Türkmənistan Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.
Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan “müəyyən şərait” nəzərə alınaraq, iştirak edə bilməyəcəyini bildirib.
İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir.
Görüşdən sonra Japarov və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.