“Bu gün demokratiyanın qələbə çaldığı gündür” –Prezident Bayden ilk çıxışında ABŞ-ın “qaytdığını” elan etdi

Bu gün Amerikanın günüdür, bu gün demokratiyanın günüdür. Tarixi və yenilənməyə olan ümid günü. Biz bu gün namizədin qalibiyyətini deyil məqsədin qələbəsini qeyd edirik. Bu demokratiyanın məqsədinin triumfudur”.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın yeni prezidenti Co Bayden andiçmə mərasimində çıxışı zamanı deyib. Bayden deyib ki, xalqın iradəsi eşidildi: “Biz bir daha aydınlaşdırdıq ki, demokratiya qiymətli və çox kövrəkdir”.

Bayden amerikalıları birliyə çağırıb və bütün amerikalıların prezidenti olacağını vəd edib. Yeni prezident bildirib ki, Vaşinqton digər dövlətlərlə ittifaqını bərpa etmək niyyətindədir və “yenidən dünya ilə təmasda olacaq”. “Sülh və təhlükəsizliyin təmin edilməsində ABŞ güclü və sadiq tərəfdaş olacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın yeni prezidenti Co Bayden and içdi –

Sonrakı məqalə

Tarixdə ilk dəfə bitkoynla futbolçu alınıb