ABŞ-ın yeni prezidenti Co Bayden and içdi –Tramp andiçməyə qatılmadı (FOTO)

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin bu gün andiçmə mərasimi keçirilib.

Azpost.info bildirir ki, sabiq prezident Tramp Kapitolidə keçirilən andiçmə mərasiminə qatılmayıb. Andiçmə mərasimi Kapitoliya binasının pilləkənlərində təşkil olunub. Mərasimə dəvət olunan məşhur müğənni Ledi Qaqa ABŞ-ın himnini ifa edib. Daha sonra Cenifer Lopes məclisdə oxuyub.

Hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb. ABŞ-da 150 il sonra ilk dəfədir ki, hakimiyyəti əvvəlki prezident yeni seçilən prezidentə ötürməyib.

Andiçmə mərasimində bir neçə saat əvvəl Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər.

Demokratları təmsil edən Bayden ABŞ-ın 46-cı prezidentidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransada məhbuslar həbsxananı yandırıblar

Sonrakı məqalə

“Bu gün demokratiyanın qələbə çaldığı gündür” –