Bu gün İlaxır çərşənbədir –BAYRAMINIZ MÜBARƏK!

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur.

Azərbaycanda qədim zamanlardan Novruzun gəlişindən əvvəl son çərşənbəni bayram ediblər.

Çərşənbə xonçasına 7 cür təam qoyulur: Göyərti-Tərə (ispanaqdan bişirilmiş yemək) (Təbiətin oyanışı rəmzi) , Səməni ( həyatın oyanması), buğda sünbülü ( bahar rəmzi), alma (gözəllik və gənclik rəmzi), balıq (həyat rəmzi), rəngli yumurtalar (doğum və artım rəmzi), rəngəbərəng şamlar (işıq və istilik rəmzi)
Xonçanın ortasına bir stəkan su, suya salınmış qəpik və güzgü qoyurlar. Qəpik varlı və firavan yaşamaq arzusudur. Güzgü isə həyatın əksi mənasını verir.
Axşam, qaş qaralanda 7 ocaq yandırıb üstündən 7 dəfə hoppanmaq lazımdır.
Qeyd edək ki, bu il Yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində Yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Bayramınız mübarək!
Əvvəlki məqalə

Ermənistan silahlı qüvvələrinə qarşı cavab atəşi açılıb –

Sonrakı məqalə

Ukrayna müharibəsi başlayandan sonra 10-dan çox Avropa ölkəsi bizə müraciət edib