Ermənistan silahlı qüvvələrinə qarşı cavab atəşi açılıb –MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Müdafiə Nazirliyi Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətində mövqelərinin atəşə tutulması ilə bağlı erməni mətbuatında yayılan məlumata münasibət bildirib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Ordusunun mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı cavab atəşi açılıb.

“Bundan sonra da bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək” – məlumatda qeyd olunur.

Əvvəlki məqalə

“Bu, dünya rekordu hesab oluna bilər” –

Sonrakı məqalə

Bu gün İlaxır çərşənbədir –