Çin Tayvana silah satan ABŞ şirkətlərinə sanksiya tətbiq edəcək- Açıqlama

Pekin ABŞ-ın “Raytheon Technologies” və “Boeing Defence” müdafiə şirkətlərinin rəhbərlərinə Tayvana silah satdıqlarına görə sanksiya tətbiq edəcək.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.

“Ölkənin suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün Çin hökuməti bu silahların ötürülməsində iştirak edənlərə, “Raytheon Technologies” şirkətinin baş direktoruna və “Boeing Defence” şirkətinin prezidentinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, – sözçü bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Dünya siyasətində geri dönüşü olmayan dəyişikliklər baş verib” –

Sonrakı məqalə

“Bu gün NATO üçün ən böyük təhlükə Rusiyadır”